2003-cü ildə başlayan və Türkiyənin ən çox danışılan seriallarından birinə çevrilən “Kurtlar Vadisi” hələ də yaddaşlarda yerini qoruyur.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, serial təkrar bölümlərlə ekranlara gəlir və aktyor heyətinin hər bir üzvü öz ifası ilə tamaşaçıları heyran qalır.
“Kurtlar Vadisi”nin sağ əli Kılıç obrazı ilə tanınan Atilla Olqaç son görünüşü ilə hər kəsi təəccübləndirib. 78 yaşlı aktyor tanınmaz hala düşüb. Bu dəyişiklik sosial mediada tez-tez danışılır.
Ankara Dövlət Konservatoriyasını bitirən Olqaç karyerası boyunca bir çox quruluşda rol alıb. “Kurtlar Vadisi”ndən sonra “Hayat Bilgisi”, “Yağmurdan Sonra” kimi seriallarda tamaşaçı qarşısına çıxıb.
Son olaraq “Gelsin Hayat Bilip Gibi” serialında Sərvət obrazını canlandırıb.
Nərgiz Məmmədli