• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

15 şəxsə reabilitasiya xidmətləri göstərilir

CƏMİYYƏT

11 Iyun 2024 | 11:37

15 şəxsə reabilitasiya xidmətləri göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 15 nəfər şəxsə xidmət göstərilir.

Bu barədə Bakıvaxtı.az-a Nazirlikdən məluimat verilib.

    Bildirilib ki, onlardan 8 nəfəri uşaqlardır. Fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılır.

    2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələbələrə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.

    Ötən dövrdə burada 23-ü uşaq olan 46 nəfərlə reabilitasiya işi aparılıb.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024