• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

“Azercell"dən qeyri-ciddi AÇIQLAMA

CƏMİYYƏT

05 Sentyabr 2022 | 16:55

“Azercell"dən qeyri-ciddi AÇIQLAMA

“Azercell" öz şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı açıqlama yayıb. Baxıram ki, xeyli işlər görüblər, yüzlərlə yeni baza stansiyaları qurublar və təkmilləşdiriblər.  Qarabağda yeni mobil infrastruktur qurublar. Amma maraqlıdır ki, hansı texnologiya üzərindən xidmət göstəriləcəyi ilə bağlı bu açıqlamada hansısa bir qeyd yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Ekspert qeyd edib ki, bilinmir ki, bu infrastruktur 2G, 3G, 4G yoxsa 5G üzərindən xidmət göstərəcək:

“Kim bu press-relizi hazırlayıbsa, məharətlə bunu gizlədə bilib. Yəqin, qonşu ölkələrin mobil operatorların açıqlamalarına baxıblar. Çünki, qonşu ölkələrdə və dünyada mobil operatorların bu tip press-relizlərində 5G gəlişmələri üstünlük təşkil edir. Onlarda 5G tezliyi uğrunda amansız mübarizə gedir, auksionlar təşkil olunur, məhz bu texnologiya üzərində infrastruktur qurulur. Yaxşı olardı ki, bizim mobil operatorlar da RİNN-dən 5G tezliyi tələb etsinlər, bunun açıqlamasını etsinlər”.

O.Gündüz bildirib ki, nazirlik də gərək çoxdan 5G ilə bağlı açıqlamalar verəydi:

“Dövlət Radiotezliklər İdarəsi çoxdan yeni radiotezlik siyasəti ilə, xüsusən də 5G ilə bağlı belə bir konseptual baxışların hazır olduğunu açıqlayıb. Amma təəssüf ki, hələ də bizim nazirliyin 5G ilə bağlı təsdiqlənmiş bir konseptual sənədi ortada yoxdur. Güman etmək olar ki, bu tip məqamlar rəqəmsal transformasiya haqqında konsepsiyada nəzərdə tutulub. Amma az qala 2 il olur ki, nazirlik digər konseptual sənədlərin taleyi kimi bu konsepsiyanın da çoxdan hazırlandığını bildirsə də indiyədək təsdiqlədə bilməyib. Qısası, ləngiyirik”.

Nuranə Daxilqızı 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026