• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatındakı tənəzzül aradan qadırıldı"

SİYASƏT

30 Sentyabr 2022 | 09:32

"Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatındakı tənəzzül aradan qadırıldı"

"1993-cü ildə Ulu Öndərin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ölkənin ictimai-siyası həyatında stabilliyin əldə edilməsi ilə yanaşı iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında imzaladığı Sərəncama münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın inkişafı üçün yaxın dövrdə nəzərdə tutulan tədbirlər ilə yanaşı strateji proqramlar və layihələrin işlənin hazırlanmasına və reallaşmasına başlanıldı. Milli liderin siyasi rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının uzun müddətli dövr üçün strateji hədəfləri müəyyənləşdirildi”.

V. Bayramov bildirib ki, müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qadırıldı:

“Həmin dövrdə həyata keçirlməyə başlanan islahatlar uzun müddətli dövrdə Azərbaycan iqtisadiyyatında inkişaf trayektoriyalarını müəyyənləşdirdi. Heydər Əliyevin starteji baxışı iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islaharlar yolu mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu. Qeyri-neft sektorunun inkişaf etdirilməsi kontekstində neft sənayesinin bərpası, ölkəyə valyuta daxil olmalarının artırılması təmin olması və bununla da sahibkarlığın daha yaxın dəstəklənməsi əsas hədəflərdən idi. Milli Lideri dərin hörmət və ehtiramla anırıq”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026