• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Məktəblərin DƏRSLİK PROBLEMİ: "İstefa verib gedin"

CƏMİYYƏT

03 Oktyabr 2022 | 09:36

Məktəblərin DƏRSLİK PROBLEMİ: "İstefa verib gedin"

“Oktyabrın 3-üdür, ikinci aydır ki, orta məktəblərdə dərslər başlayıb, amma şagirdlərə kitablar verilməyib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert qeyd edib ki,  şagirdlər məktəbə kitabsız gedib-gəlirlər:

“Valideynlər kitab satışı yerlərindən öz pulları ilə kitab alır, pdf-dən çap edir, imkanı olmayanlar isə bundan məhrumdurlar.

İşləyə bilmirsiniz, Elm və Təhsil Nazirliyi!

Tam heyətinizlı ərizə yazıb istefa verib gedin. Qaldığınız hər saniyə elmə, təhsilə zərərsiniz, zərərlisiniz”.

Qeyd edək ki, bugünləırdə Elm və Təhsil Nazirliyi orta məktəblərdə şagirdlərin dərsliklərlə tam təmin olunmaması məsələsinə aydənlıq gətirib. Nazirlikdən bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsil orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilir.

“Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”, - deyə Elm və Təhsil Nazirliyinin məlumatında qeyd olunub.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026