• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

18% ƏDV-ni 2%-ə endirin - Ekspert

İQTİSADİYYAT

18 Avqust 2022 | 15:05

18% ƏDV-ni 2%-ə endirin - Ekspert

“Ölkə əhalisinin 80%-ə yaxını bazarlığını, ərzaq ehtiyacını şəbəkə marketlərdən təmin edir. Onlar da ƏDV ödəyicisidirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Ekspert ölkə büdcəsində profist olduğunu vurğulayıb:

“Yəni bu gün Əbdül dayı, Tükəzban xala 50 manatlıq ərzaq alanda marketdə 59 manat ödəyir. Onsuz da ölkə büdcəsində profisit var. Allahın bəxş etdiyi neft-qaz gəlirləri də artır, ölkənin xarici ticarətində 15 milyard dollarlıq müsbət saldo var. Ona görə də 18% ƏDV-i 2%-ə endirin. Əbdül dayı və Tükəzban xala 50 manatlıq ərzaq alanda 59 manat yox, 51 manat ödəsin, 8 manat cibində qalsın, ona da gedib kommunal xərclərini ödəsin. Yəni o pul da hökumətə gedəcək, amma camaatın bahaçılıqdan bükülən beli bir az düzələcək”.

“Ərzaq və dərmanlar satışında ƏDV-nin 18%-dən 2%-ə endirilməsi istənilən sosial yardımdan daha effektivdir” – deyə, Natiq Cəfərli bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026