• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Estoniya Rusiya ilə gömrük razılaşmasını pozur

İQTİSADİYYAT

17 Sentyabr 2022 | 05:30 | Müəllif: Subhan Mahmudov

Estoniya Rusiya ilə gömrük razılaşmasını pozur

Estoniya Rusiya ilə gömrük əməkdaşlığına dair ikitərəfli sazişi ləğv etmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, 1997-ci ildə imzalanmış bu sazişin ləğvi ilə bağlı qərarı Estoniya hökuməti qəbul edib.

Estoniya xarici işlər naziri Urmas Reinsalu bunun Estoniya ilə Rusiya arasında münasibətlərin minimuma endirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb.

Qeyd olunur ki, müqavilə ləğv edildikdən sonra daha altı ay qüvvədə olacaq.

Qaydalara əsasən, ikitərəfli müqavilənin tərəflərindən hər hansı biri yazılı bildirişlə müqaviləni ləğv edə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026