• Bakı 23° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Aztelekom" və "Baktelecom"un birləşdirilməsi təklif olunur

İQTİSADİYYAT

13 Oktyabr 2022 | 15:26 | Müəllif: Qalib İbrahimoğlu

"Aztelekom" və "Baktelecom"un birləşdirilməsi təklif olunur

“Bir müddət öncə Aztelekom və Baktelecom yüksək internet sürətlərinə keçidlə bağlı GPON texnologiya əsasında fiber optik internetin tariflərini qaldırıb”.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu sözləri Aztelekom və Baktelecom-un birləşdirilməsi, bahalı internet və inhisarçılıq haqqında paylaşımında deyib.

Onun sözlərinə görə, daha yüksək sürətlərə uyğun da nisbətən yüksək tariflər təsdiqlənib: "Biz son zamanlar RİNN tərəfindən yüksək sürətli, keyfiyyətli internetə keçidlə bağlı Bakı ətrafında və regionlarda sistemli olaraq aparılan işləri təqdir etsək də, indiki anda bir müddət aşağı sürətlərin də əlçatan olmasını təklif etmişdik. Bu qiymətlərin necə fromalaşmasını araşdırdıqda qəribə situasiya ilə rastlaşdım. Görünən odur ki, hər iki operator GPON istifadəçisi üçün bahalı, 110 manat civarında fiber optik modem təklif dir. Bildiyim qədər operatorların özləri bu modemi daha baha qiymətə alırlar. Bu texnologiya ilə internetə qoşulan istifadəçinin digər modemi seçmək imkanı yoxdur. Bu cür bahalı modemləri operatorlar özləri vətəndaşlara təqdim edir. Nə üçün belə bir haqsız mühit var?”

O.Gündüz bildirib ki, Aztelekom və Baktelecom əsasən Huawei və NOKİA texnologiyalarından istiafdə edir: “RİNN-in indiki rəhbərliyindən xeyli əvvəl bu şirkətlərin adıçəkilən operatorlarla müqavilələri var. Həmin illərdə bu şirkətlərə milyonlarla vəsait ödənərək avadanlıq və texnologiyalar alınıb. Bu müqavilələrə görə operatorlar digər texnologiyalardan istifadə edə bilməzlər. Yəni, nə operatorlar, nə də istifadəçi eyni xüsusiyyətli , 30-40 manat civarında olan fiber optik modemdən istifadə etsə, bu şəbəkədən internet əldə edə bilməyəcək. Düşünürəm ki, bu yolverilməzdir. Belə çıxır ki, adıçəkilən şirkətlərlə bağlanan müqavilələr antiinhisar qanunvericiliyə ziddir. Maraqlıdır ki, yeni rəhbərlik də bu müqavilələri analiz etmədən, necə deyərlər “baş ağrıtmadan” elə onlar əsasında əməkdaşlığı davam etdirirlər".

AİF prezidenti hesab edir ki, bunlar yenidən nəzərdən keçirilməli, haqsız rəqabət mühiti, bahalı interneti yaradan bütün amillər Antiinhisar Dövlət Xidməti tərəfindən nəzərdə saxlanılmalıdır. Antiinhisar Dövlət Xidmətinin "Bir bina bir provayderindir" məsələsinə dərhal reaksiya verməsi təqdirəlayiqdir. Bununla belə, göründüyü kimi, sektorda bir çox sahələrdə problemlər qalmaqdadır”.

“Yeri gəllmişkən, dünyanın hər yerində ölkə üzrə vahid bir telekommunikasiya qurumu var. Yəni, dünyanın heç yerində “Ankara telecom”, “Tbilisi telecom” kimi qurumla yoxdur. Yalnız bizdə Aztelekom-la yanaşı Baktelekom da var. Görünür ki, keçmişdə kimisə vəzifəyə qoymaq üçün, yaxud da daha gəlirli olanı ayırmaq üçün də vahid formada olan qurumu iki yerə parçalayıblar. Əlbəttə, hər ikis təbii inhisarçıdır. Amma bunların vahid bir qurumda birləşdirilməsi, gücləndirilməsi və gələcəkdə özəlləşdirilməyə də vahid bir formada çıxarılması daha doğru addım olardı. Fikrimcə, Antiinhisarın bu məsələləri də nəzərə alması doğru olardı”, - deyə Osman Gündüz əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026