• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

19 yaşlı gənc bıçaqlanıb

HADİSƏ

03 Avqust 2024 | 09:04

19 yaşlı gənc bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

    Belə ki, 2005-ci il təvəllüdlü Huseyn Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Xəstə dərhal əməliyyat edilib, gəncin vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 19 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A. Məmmədovun saxlanılaraq istintaqa təhvil verildiyini bildirib.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Noyabr 2026