• Bakı 14° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

17 yaşlı oğlan Kürdə batıb

HADİSƏ

01 Sentyabr 2024 | 19:27 | Müəllif: Gülşən Şərif

17 yaşlı oğlan Kürdə batıb

Şəmkirdə yeniyetmə oğlan çayda batıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Kür çayının Qaranüy kəndindən keçən hissəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Qaranüy kəndində 1 nəfərin Kür çayında batması barədə məlumat daxil olub və  dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

Hazırda batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Ələkbərov Yaqub Elbrus oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026