• Bakı C

    15.18 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

20 yaşlı tələbənin sizin köməyinizə ehtiyacı var

CƏMİYYƏT

19 Mart 2025 | 11:22

20 yaşlı tələbənin sizin köməyinizə ehtiyacı var

20 yaşlı Babayev Rəvan Rasim oğlunun sizin köməyinizə ehtiyacı var.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə oxu.az-a onun atası Rasim Babayev bildirib..

Onun sözlərinə görə, övladı aplastik anemiyadan əziyyət çəkir:

"Oğlumun dişlərinin dibi qanayırdı. Analiz verdik. Məlum oldu ki, oğluma təcili ilik nəqli olmalıdır. Hazırda Türkiyədə "Florence Nightingale" xəstəxanasında müalicə alır. Günü 2000 dollardır. Bacısından analiz götürüldü. "Donor üçün uyğun deyil" cavabını aldıq. Dünya Donor Bankına müraciət etmişik. Təxmini 4-5 aya cavab gələcək. Amma bu vaxta qədər oğlum müalicə almalıdır. Bizim bunun üçün maddi durumumuz çox zəifdir. Əlim çatan hər yerdən borc almışam. Nəyim vardı satmışam. Xalqımdan xahiş edirəm bizə dəstək olsunlar. Bizə ilkin müalicə üçün 25 min dollar lazımdır. 13 günə artıq 42 min dollar xəstəxanaya ödəniş etmişik".

Qeyd edək ki, Rəvan Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsidir.

Əlaqə nömrəsi: +994 50 991 99 24

Kapital bank: 4169738886571417


SON XƏBƏRLƏR