Müğənni Əlikram Bayramov 56 min manat məbləğində behi geri qaytarıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Rəngarəng" proqramının aparıcısı Zaur Nəbioğlu bildirib. Müğənni də bu məlumatı təsdiqləyib.
Belə ki, Bayramov toylardan behi alıb. Lakin pandemiya olduğuna görə toylar keçirilməyib. Bundan sonra o aldığı 56 min AZN behi toy sahiblərinə geri qaytarmaq məcburiyyətində qalıb./Milli.az