• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

95 yaşında məzun oldu

DÜNYA

05 Fevral 2024 | 22:42 | Müəllif: Subhan Mahmudov

95 yaşında məzun oldu

95 yaşlı David Marjot Londonun Kingston Universitetinin ən yaşlı məzunu olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı "BBC" məlumat yayıb.

Belə ki, təqaüddə olan psixiatr universitetin Müasir Avropa Fəlsəfəsi üzrə magistr dərəcəsini bitirib.

Bakalavr təhsilini 72 il əvvəl aldığını deyən Marjot oxumağın yaşı olmadığını deyib:

"Diplom çox ağır işdir. Üstəgəl yaddaşım da artıq əvvəlki kimi deyil".

Böyük Britaniyanın Surrey şəhərindən olan Marjot başqa bir kurs ilə maraqlandığını bildirib.

Qeyd edib ki, həmin kursu başa vura bilsə, 102 yaşında növbəti dəfə məzun olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026