• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zelenskinin yunan Baş nazirlə görüşü zamanı raket zərbələri endirildi

DÜNYA

06 Mart 2024 | 20:06 | Müəllif: Subhan Mahmudov

Zelenskinin yunan Baş nazirlə görüşü zamanı raket zərbələri endirildi

Odessada Ukrayna Prezidenti Volodomir Zelenski ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında keçirilən görüş zamanı Rusiya şəhərə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna lideri birgə brifinq zamanı bildirib.

“Biz bu zərbəni bu gün gördük. Onlar hara vuracaqlarına əhəmiyyət vermirlər - hərbçilər, yoxsa mülki şəxslər... Mən bilirəm ki, bu gün itkilər olub, hələlik bütün təfərrüatları bilmirəm. Amma bilin ki, itkilər var, yaralılar var”, - deyə Zelenski bildirib.

Kiriakos Mitsotakisin sözlərinə görə, onlar hücum zamanı Odessa dəniz limanında olublar. Zelenski və komandası limanı göstərərək, onun əhəmiyyətindən, habelə mülki gəmilər üçün dəniz dəhlizinin imkanlarını genişləndirmək üçün nəyin lazım olmasından danışıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026