Türkiyədə fabrikdə yanğın olub.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, yanğın Tekirdağın Ergene rayonunda bir fabrikdə baş verib.
Qab süngəri və bez istehsal edən fabrikdə baş verən yanğın nəticəsində tüstüdən zəhərlənənlər var. Zərərçəkənlərin bəzilərin xəstəxanaya aparılıb.
Yanğın qısa zamanda böyüyüb. Alov bütün fabriki bürüyüb, yanğınsöndürmə briqadası yanğına müdaxilə etməyə davam edir.
Yanğın zamanı partlayış səsləri gəldiyindən, ətraf rayonlardan da gücləndirmə qrupları göndərilib.
Murad Məmmədli
















