• Bakı 13° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Dünyanı təyyarə ilə dövrə vuran ilk pilot öldü

DÜNYA

05 May 2024 | 16:52

Dünyanı təyyarə ilə dövrə vuran ilk pilot öldü

Aviasiya tarixində dayanmadan və yanacaq doldurmadan dünya ətrafında ilk uçuş edən Dik Rutan 85 yaşında Aydaho (ABŞ) xəstəxanasında vəfat edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, pilot ağır ağciyər infeksiyası keçirdikdən sonra oksigendən imtina etmək qərarına gəlib.

Dik öz nailiyyətinə ikinci pilotu Cina Yiger ilə imza atıb.

Təyyarəni Dikin qardaşı Burt dizayn edib. Layihənin başa çatdırılması altı il çəkib.

“Voyager” 1986-cı il dekabrın 14-də havaya qalxıb. Dekabrın 23-də dünyanı dövrə vurduqdan və macəralı səyahətdən sonra təyyarə eniş edib.


SON XƏBƏRLƏR

18 May 2024