Klaudiya Şeynbaumun Meksikada ölkə tarixində ilk qadın prezident seçilməsindən bir gün sonra ölkənin qərbindəki Kotija şəhərinin qadın meri Yolanda Sançez Fiqeroa silahlı hücumda öldürülüb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir.
Miçoacan əyalətinin Daxili İşlər Nazirliyinin “X” hesabında edilən açıqlamada Fiqueroanın qətli pislənib.
Xatırladaq ki, Fiqueroa 2023-cü ilin sentyabrında Xalisko ştatının Quadalaxara şəhərindəki ticarət mərkəzindən qaçırılıb və 3 gün sonra tapılmişdı.
İyunun 2-də Meksikada yeni prezidentin müəyyənləşdirilməsi üçün seçkilər keçirilib. Dünən açıqlanan nəticələrə görə, Klaudiya Şeynbaum seçkilərdə qalib gəlib.
Günel Abbas
















