Etirazçılar İraqın paytaxtı Bağdadda iki Amerika restoranına basqın edərək müəssisələrə ziyan vurublar.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, etirazçılar Bağdadın şərqində Fələstin küçəsində yerləşən "KFC" restoranına basqın ediblər.
Bundan başqa, Jadriyah bölgəsindəki "Chili House" və "Lee's" restoranına da hücum edən etirazçılar stol və stulları sındırıblar. İraq təhlükəsizlik qüvvələri iki bölgədə nəzarəti artırıb.
Hücumlara görə məsuliyyət hələ müəyyən edilməyib. Yerli müşahidəçilərə görə, etirazçılar tərəfindən hədəfə alınan şirkətlər İsraili dəstəkləyən ölkələrə məxsus olduğu üçün hücuma məruz qalıb.
Gülşən Şərif
















