• Bakı 22° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

AB-nin Qırmızı dənizdə gəmisi çatmır: Komandan çağırış etdi

DÜNYA

05 May 2024 | 17:16 | Müəllif: Subhan Mahmudov

AB-nin Qırmızı dənizdə gəmisi çatmır: Komandan çağırış etdi

AB-nin Qırmızı dənizdəki “Aspides” hərbi-dəniz əməliyyatının komandanı Vasilios Qriparis xəbərdarlıq edib ki, missiyanı həyata keçirmək üçün gəmi çatışmır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Der Spiegel” mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Qriparis bununla bağlı ötən həftə Brüsselə rəsmi məlumat göndərib.

“Onun sözlərinə görə, "Hessen" freqatının Almaniyaya geri qayıtmasından sonra sərəncamında üç gəmi qalıb. Onların köməyi ilə gündə yalnız dörd ticarət gəmisi Bab əl-Məndəb boğazından keçə bilər. Qriparis bildirib ki, missiyanı effektiv şəkildə yerinə yetirmək üçün 10 gəmi lazımdır”, - nəşr bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026