• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkə lideri Kiyevə ildırımsürətli səfər edəcək

DÜNYA

06 Mart 2024 | 21:54 | Müəllif: Subhan Mahmudov

Bu ölkə lideri Kiyevə ildırımsürətli səfər edəcək

Argentinanın yeni prezidenti Xavyer Miley Ukraynaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Argentinanın “Infobae” nəşri yazıb.

"Xavyer Miley Rusiya qoşunlarının Ukraynaya doğru irəlilədiyi, Avropa və ABŞ-da ictimai rəyin müəyyən yorğunluq nümayiş etdirdiyi bir vaxtda Vladimir Zelenskiyə dəstəyini bir daha təsdiqləmək üçün Kiyevə ildırımsürətli səfərini planlaşdırır", - nəşr vurğulayıb.

Qeyd olunub ki, Ukraynaya səfər Argentina prezidentinin böyük Avropa turnesinin bir hissəsi olacaq. Əvvəlcə Miley İspaniyaya, Almaniyaya və ola bilsin ki, Fransaya səfər edəcək və yalnız bundan sonra Kiyevdə dayanacaq. İyunun 21-dən gec olmayaraq Ukraynada olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026