• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

ABŞ bu ölkəyə böyük endirimlə silahlar satır

DÜNYA

22 Mart 2023 | 16:46

ABŞ bu ölkəyə böyük endirimlə silahlar satır

ABŞ çox böyük endirimlə Slovakiyaya 12 ədəd yeni “Bell AH-1Z Viper” helikopterini təklif edib. Təklif Bratislavanın MiQ-29 qırıcılarını Ukraynaya vermək istəyi ilə bağlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad deyib.

Onun sözlərinə görə, ABŞ-ın təklif etdiyi müqaviləyə helikopterin ehtiyat hissələri, təlimlər və 500-dən çox “AGM-114 Hellfire II” raketləri daxildir:

“Sövdələşmənin bir hissəsi olaraq Bratislava 3-4 il ərzində dəyəri 1 milyard dollardan çox olan paket üçün 340 milyon dollar ödəyəcək, qalanı isə ABŞ-ın xarici hərbi maliyyələşdirmə proqramı çərçivəsində qarşılanacaq. Bu təklif çox sərfəlidir və Slovakiyanın müdafiə potensialını xeyli artıracaq. İndi döyüş helikopterlərimiz yoxdur, ona görə də bu, tamamilə yeni bir döyüş qabiliyyəti olacaq”.


SON XƏBƏRLƏR