• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

ABŞ-da koronavirusun dördüncü dalğası

DÜNYA

06 Aprel 2021 | 09:19

ABŞ-da koronavirusun dördüncü dalğası

ABŞ koronavirusun dördüncü dalğasını yaşayır.

Bakıvatxı.az xəbər verir ki, bu barədə Minnesota Universitetində yoluxucu xəstəliklərin araşdırılmasına rəhbərlik edən epidemioloq Mayl Osterholm “Fox News”un efirində deyib.

“Hesab edirəm ki, bu belədir və hansısa mənada demək olar ki, yeni pandemiyanın ortasındayıq”, - deyə epidemioloq bildirib.

Bununla yanaşı, o vaksinlərin koronavirusun yeni şatammlarına qarşı (Britaniya) təsirli olmasını yaxşı xəbər hesab  edir.

Alim “Britaniya ştammı”nın uşaqlara daha çox yoluxduğunu, onları virus daşıyıcılarına çevirdiyini, bunun koronavirusun orijinal versiyasının yayıldığı zaman müşahidə edilmədiyini bildirib.

O, belə bir vəziyyətdə səlahiyyətlilərin məktəblərin fəaliyyəti ilə bağlı hazırladıqları planları yenidən nəzərdən keçirilməli olduqlarını vurğulayıb.

Qeyd edək ki, ABŞ  həm yoluxma (31 420 331 nəfər), həm də ölüm sayına görə (568 777 nəfər) dünyada birinci yerdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026