• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Türkiyədə karantin tədbirləri sərtləşdirilir

DÜNYA

04 May 2021 | 22:36

Türkiyədə karantin tədbirləri sərtləşdirilir

Mayın 7-dən etibarən Türkiyədə karantin rejimi ilə bağlı məhdudiyyətlər daha da sərtləşdiriləcək.

Bakıvaxtı.az ölkənin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, məhz bu tarixdən sonra marketlərdə yalnız əsas tələbat malları və gigiyena vasitələrinin satışına icazə veriləcək. 

Elektronika, oyuncaq, dəftərxana ləvazimatları, geyim, avtomobil aksesuarları, qab-qacaq və bağ-baxça üçün nəzərdə tutulmuş məhsulların satışı isə qadağan olunacaq.

Qeyd edək ki, daha əvvəl ölkə mağazalarında spirtli içkilərin satışı qadağan edilmişdi.

Məhdudiyyətlər mayın 17-dək qüvvədə qalacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026