• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dünyada ən çox peyvənd bu ölkələrdə vurulub

DÜNYA

03 Iyun 2021 | 19:55

Dünyada ən çox peyvənd bu ölkələrdə vurulub

Dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı iki milyardı ötüb.

Bakıvatxı.az TASS-a istinadla xəbər verir ki, peyvəndlərin yarıdan çoxu üç ölkənin – Çin, ABŞ və Hindistanın payına düşür.

İndiyədək dünyada 2,002 milyard insan peyvənd olunub. Onların 700 milyondan çoxu Çində, 220 milyondan çoxu Hindistanda vurulub. ABŞ-da istifadə edilən vaksin dozalarının sayı 300 milyona yaxınlaşır. ABŞ Prezidenti Co Bayden bildirib ki, yaşlı amerikalıların 63 faizi COVID vaksininin birinci dozasını alıb.

Qeyd edək ki, əhali sayına nisbətdə tam peyvəndlənən sakinlərin statistikasına əsasən, dünyada Seyşel Adaları (62 faizdən çox) və İsrail (60 faizdən yuxarı) liderlik edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026