• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

On yaşlı qız qocalıqdan öldü - FOTO

DÜNYA

03 Iyul 2021 | 09:04

On yaşlı qız qocalıqdan öldü - FOTO

Ukraynanın Vinnitsa vilayət sakini on yaşında qocalıqdan ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İra Ximiçin anası “Facebook” hesabında yazıb:

“İra öldü. Dünən onun ürəyi dayandı. Günəşim, məni bağışla, bu dəfə səni xilas edə bilmədim”.

Qız nadir rast gəlinən genetik xəstəlik olan erkən yaşlanma xəstəliyi - progeriyadan əziyyət çəkib. Həkimlər ona beş yaşı olanda bu diaqnozu qoyublar.

Bu xəstəliklə əlaqədar körpə bir neçə ay normal inkişaf edir, lakin sonra sürətlə qocalmağa başlayır.

Bir il ərzində progeriya xəstələri bioloji olaraq on il yaşlana bilər. Uşaqlıq progeriyasında orta ömür müddəti 13 ildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR