• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyədə meşə yanğınlarını törədənlərin kimliyi BƏLLİ OLDU

DÜNYA

01 Avqust 2021 | 22:17 | Müəllif: Subhan Mahmudov

Türkiyədə meşə yanğınlarını törədənlərin kimliyi BƏLLİ OLDU

"Alov uşaqları" terror təşkilatı Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti məlumat yayıb.

Terror təşkilatının üzvləri bildiriblər ki, meşə yanğınlarını onların tərəfdarları törədiblər.

Türkiyə rəsmiləri hələlik təşkilatın açıqlamasını şərh etməyiblər.

Qeyd edək ki, "Alov uşaqları" terror təşkilatı PKK terror təşkilatına bağlıdır. Daha əvvəl Türkiyənin ayrı-ayrı mətbu orqanları meşə yanğınlarında PKK terror təşkilatı üzvlərinin əli olması barədə məlumat yayıb.

Qeyd edilib ki, Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026