• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

ABŞ öz bazasını vurdu

DÜNYA

05 Oktyabr 2022 | 09:45

ABŞ öz bazasını vurdu

ABŞ-ın Şimali Koreyanın raket sınaqlarına cavab olaraq, Cənubi Koreya ilə birgə təlimi zamanı buraxdığı "Hyunmoo-2" ballistik raketi atıldığı hərbi bazaya düşüb.

Bakıvaxtı.az  xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bunu təsdiqləyib və hadisə nəticəsində itkilərin olmadığını bildirib.

Qeyd edək ki, ötən gün Cənubi Koreya və ABŞ-ın Şərq dənizinə birgə dörd raket atdığı bildirilirdi. Birgə təlim Şimali Koreyanın bir gün əvvəl raket buraxmasına cavab idi.

Şimali Koreyadan atılan ballistik raket oktyabrın 4-də Yaponiya dənizi və Sakit Okean ərazisi üzərindən uçub. Bundan sonra Yaponiyada fövqəladə xəbərdarlıq sistemi işə düşüb, bundan sonra ölkənin şimal bölgələrinin sakinləri təxliyə olunmağa çağırılıb. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026