• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

ABŞ Üsamə bin Ladenin köməkçisini azad edəcək

DÜNYA

12 Fevral 2024 | 22:44 | Müəllif: Subhan Mahmudov

ABŞ Üsamə bin Ladenin köməkçisini azad edəcək

Əfqanıstan və ABŞ Quantanamoda saxlanılan Məhəmməd Rəhim əl-Əfqaninin “Taliban” tərəfindən əsir götürülmüş amerikalı Rayan Korbetlə dəyişdirilməsi barədə razılığa gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Qətərdə bir neçə aylıq danışıqlardan sonra tərəflər bin Ladenin keçmiş köməkçisini 2022-ci ilin avqustunda casusluqda şübhəli bilinərək “Taliban” tərəfindən saxlanılan amerikalı QHT əməkdaşı ilə dəyişməyə razılaşıblar. Bildirilir ki, razılaşma daha bir əfqanın ABŞ həbsxanasından azad edilməsini nəzərdə tuta bilər.

Xatırladaq ki, Əl-Əfqani 2007-ci ildə Pakistanın şimal-şərqindəki Lahor şəhərində avtobusa minərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 2008-ci ildə o, ABŞ-yə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026