• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Sorğu: Tramp Baydeni qabaqlayır

DÜNYA

13 Mart 2024 | 21:41 | Müəllif: Subhan Mahmudov

Sorğu: Tramp Baydeni qabaqlayır

Əgər prezident seçkisi indi keçirilsəydi, amerikalıların 40%-i keçmiş ABŞ Prezidenti Donald Trampa, 38%-i hazırkı dövlət başçısı Co Baydenə səs verəcəkdi. Bunu “USA Today” və Saffolk Universitetinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatda iştirak edən Respublikaçılar Partiyası tərəfdarlarının 85%-i Trampı, demokratların isə 81%-i Baydeni dəstəklədiyini bildirib.

Respondentlərin dörddə biri noyabrda keçiriləcək seçkiyə yaxın qərarlarını dəyişə biləcəklərini deyib. Bayden tərəfdarlarının 14%-i və Tramp tərəfdarlarının 15%-i başqa namizədə səs verə biləcəklərini etiraf edib.

Sorğu iştirakçılarının 15%-i əsas partiyalardan “hər iki” potensial namizədin əleyhinə olduqlarını bildiriblər.

Sorğu martın 8-dən 11-dək min seçici arasında aparılıb.

Qeyd edək ki, ABŞ-də Prezident seçkisi noyabrın 5-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026