• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

ABŞ və Almaniya Ukraynaya yeni texnikalar verəcək

DÜNYA

14 Oktyabr 2022 | 17:02

ABŞ və Almaniya Ukraynaya yeni texnikalar verəcək

ABŞ və Almaniya bu ay Kiyevə zenit sistemləri tədarük edəcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov yerli televiziyaya bildirib.

Onun sözlərinə görə, ABŞ və Almaniya Rusiya raketləri və kamikadze pilotsuz uçuş aparatlarının hücumlarına qarşı bu ay Kiyevə müasir zenit sistemləri göndərəcək:

"ABŞ-ın bizə NASAMS sisteminin tədarükü ilə bağlı qərarı var. İlk bir neçə partiya göndəriləcək. Artıq mütəxəssislərimiz hazırlanır və bu ay bu sistemlər təhvil veriləcək".

O, Ukraynanın Almaniyadan IRIS-II hava hücumundan müdafiə sistemini oktyabrda alacağını da əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026