• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

“Abzas Media” işi üzrə ilkin istintaq bitdi

HADİSƏ

10 Sentyabr 2024 | 12:30

“Abzas Media” işi üzrə ilkin istintaq bitdi

“Abzas Media” işi üzrə ittiham olunan şəxslərin ibtidai istintaqı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya vəkil Zibeydə Sadıqova məlumat verib.

Z.Sadıqova deyib ki, ötən gün istintaq orqanı yekun sənədlər elan edib. Vəkillər 20 cildlik iş materialları ilə tanış olduqdan sonra cinayət işləri baxılması üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, “Abzas media” işi üzrə aparılan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova, iqtisadçı Fərid Mehralızadə həbs ediliblər. Onlara  qaçaqmalçılıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma və digər maddələrlə ittiham edilirlər.


SON XƏBƏRLƏR

21 Dekabr 2024