Ağ Ev Alyaskaya gedəcək nümayəndələrin yenilənmiş siyahısını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın Alyaskada keçiriləcək görüşündə iştirak edəcək nümayəndə heyətinin yekun siyahısı açıqlanıb.
Ağ Ev bildirib ki, ABŞ nümayəndə heyətinə əsas hökumət rəsmiləri, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratklif və xüsusi elçi Stiven Uitkoff daxildir.