• Bakı 10° C

    8.07 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Ağdamın ilk məktəbində dərslər başladı - FOTOLAR

CƏMİYYƏT

16 Fevral 2026 | 20:42

Ağdamın ilk məktəbində dərslər başladı - FOTOLAR

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, tədrisin ilk günündə idarə müdiri Sənan Mənsimli məktəbdə olub, dərs prosesini izləyib. İdarə müdiri sinif otaqlarında aparılan dərslərlə tanış olub, müəllim və şagirdlərlə söhbət apararaq onların tədris prosesi ilə bağlı fikir və təkliflərini dinləyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib. Məktəb binası işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə Dövlət Proqramının icrası çərçivəsində inşa olunub. Təhsil müəssisəsində 43 sinif otağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, müasir texnoloji avadanlıqlarla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana və muzey fəaliyyət göstərir.

Bununla yanaşı, məktəbdə 352 yerlik yeməkxana, 468 yerlik akt zalı, iki qapalı idman zalı, həmçinin açıq havada futbol və basketbol meydançaları müəllim və şagirdlərin istifadəsinə verilib.


SON XƏBƏRLƏR