• Bakı 22° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Ağsuda qəza: sürücü hadisə yerində öldü

HADİSƏ

20 Mart 2024 | 18:27 | Müəllif: Subhan Mahmudov

Ağsuda qəza: sürücü hadisə yerində öldü

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Aratlı-Curuxlu yolunda qeydə alınıb.

Belə ki, rayonun Bozavand kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndər Baxış oğlu Alıyev VAZ-2106 markalı avtomaşınla həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı beton lövhəyə çırpılıb.

Sürücü İsgəndər Alıyev hadisə yerindəcə ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR