• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Aİ-92 benzin gömrük rüsumundan azad edildi

İQTİSADİYYAT

01 Fevral 2022 | 00:04 | Müəllif: Qalib İbrahimoğlu

Aİ-92 benzin gömrük rüsumundan azad edildi

Azərbaycana gətirilən Aİ-92 markalı benzin bu gündən gömrük rüsumundan azad edilib.

Bakıvaxtı.az xəbər vrir ki, bu, Nazirlər Kabinetinin 29 yanvar tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, fevralın 1-dən Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin və 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün 15 faiz idxal gömrük rüsumu ləğv olunur.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən isə fevralın 1-dən Azərbaycana gətirilən aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilir.

Bu Qərar 2022-ci il 1 iyun tarixinədək qüvvədədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026