• Bakı 28° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Azərbaycan “OPEC plus”un qərarını dəstəkləyib - FOTO

İQTİSADİYYAT

02 Mart 2022 | 17:22

Azərbaycan “OPEC plus”un qərarını dəstəkləyib - FOTO

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 26-cı iclasında qlobal neft bazarında volatilliyin azaldılmasına dəstək məqsədilə gündəlik neft hasilatının apreldə 400 min barrel artırılmasına Azərbaycan da razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 36 min barrel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 mln. barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.  

Ramid İbrahimov


Azərbaycan “OPEC plus”un qərarını dəstəkləyib - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026