• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

AKAF nümayəndələri məktəblilərlə GÖRÜŞDƏ - FOTOLAR

CƏMİYYƏT

02 Mart 2023 | 17:12

AKAF nümayəndələri məktəblilərlə GÖRÜŞDƏ - FOTOLAR

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) Səbail rayon 239 saylı tam orta məktəbində şagirdlərlə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 5 mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar idman həftəsi çərçivəsində Səbail rayon 239 saylı tam orta məktəbində avarçəkmə idman növü üzrə “Ustad dərsləri” baş tutub.

2 mart saat 12:00-da başlayan görüşdə akademik avarçəkmə üzrə məşqçi Samir Məmmədov şagirdlərə seminar keçib. Seminar zamanı avarçəkmə idman növünün tarixi və Azərbaycanda inkişaf etdirilən növləri haqqında məlumat verilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının dəstəyi ilə keçirilən seminarın təşkilində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

İbRa 


AKAF nümayəndələri məktəblilərlə GÖRÜŞDƏ - FOTOLARAKAF nümayəndələri məktəblilərlə GÖRÜŞDƏ - FOTOLARAKAF nümayəndələri məktəblilərlə GÖRÜŞDƏ - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026