• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ali məktəblərdə tədris distant olacaq? - AÇIQLAMA (YENİLƏNİB)

CƏMİYYƏT

02 Sentyabr 2021 | 16:24

Ali məktəblərdə tədris distant olacaq? - AÇIQLAMA (YENİLƏNİB)

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov tədris ilinin başlanması ilə əlaqədar yayılan məlumatlarla bağlı media nümayəndələrinə müraciət edib.  

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə deyilir:

“Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək. Tədrisin bütün pillələr üzrə hansı tarixdə və formada təşkil ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”.

*** 15:48

Sosial şəbəkələrdə ali təhsil müəssisələrində 2021/2022-ci tədris ilinin distant formada başlayacağı ilə bağlı məlumatlar yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov açıqlama verib.

Mətbuat katibi bildirib ki, yayılan məlumatlarla bağlı onlarda məlumat yoxdur: "Yəni mənim o xəbərdən xəbərim yoxdur. Məlumatlı deyiləm".

Qeyd edək ki, tədris ilinin başlamasına iki həftədən az müddət qalır.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026