• Bakı 22° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Almaz Ələsgərli səhhəti ilə bağlı DANIŞDI

MƏDƏNİYYƏT

19 Aprel 2023 | 16:46

Almaz Ələsgərli səhhəti ilə bağlı DANIŞDI

Əməkdar artist zəhərlənməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Oxu.Az   Əməkdar artist Almaz Ələsgərlinin özü ilə danışıb.

Xatırladaq ki, müğənni və aktrisa Almaz Ələsgərli zəhərlənib. Evdə yataq rejimində qalıb.

O, hazırda səhhətinin qaydasında olduğunu bildirib:

“Səhhətim superdir. Hər şey yaxşıdır. Bir qədər səhhətim sözümə baxmadı. İndi hər şey qaydasındadır”.

A.Ələsgərli qidadan zəhərləndiyini qeyd edib:

“Bəli, qidadan zəhərlənmişdim. Bir qədər soyuq da olmuşdu. Hazırda yaxşıyam. Yemək də yeyə bilirəm. Özümü yaxşı, gümrah hiss edirəm. Maraqlandığınız üçün təşəkkür edirəm”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrından Oxu.Az-a verilən məlumata görə, aktrisa teatrda fəaliyyətini davam etdirir.

Qeyd edək ki, müğənni Almaz Ələsgərli Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uzun illərdir ki, aktrisa olaraq fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR