• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Çörəyimi yeyirlər, “stoykamı” götürürlər, amma…” – Manaf Ağayevdən ETİRAZ

MƏDƏNİYYƏT

19 May 2023 | 11:38 | Müəllif: Qalib İbrahimoğlu

“Çörəyimi yeyirlər, “stoykamı” götürürlər, amma…” – Manaf Ağayevdən ETİRAZ

“Əlimdən nə gəlirsə, dəstək olmuşam çoxuna”.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Həmin Zaur" verilişinin qonağı olan müğənni Manaf Ağayev deyib.

Sənətçi çörəyi dizi üstündə olanlardan danışıb. Çoxlarına dəstək olduğunu deyən müğənni Ağadadaş Ağayevi, Baloğlan Əşrəfovu, Qədir Məmmədovu özünə müəllim saydığını bildirib:

“Onlar mənə dərs keçməsə də, özümə müəllim bilirəm. İlk gündən demişəm, onlar mənim ustadımdır. Onların mahnılarını, kasetlerini dinləmişəm”.

“Ancaq eləsi var ki, mənim çörəyimi yeyir, mənim kimi oxumağa çalışır, mənim “stoykamı”, mənim danışığımı götürmək istəyir. Ancaq, mənim kimi ola bilməz. Amma görürsən ki, qəlbi xaindir. Bir dəfə də olsun danışıb heç nə demir", - deyə Manaf Ağayev əlavə edib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026