Xalq artisti Gülyanaq Məmmədova "Leyli və Məcnun" tamaşası zamanı başına gələn hadisəni bölüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda "Günaydın, Azərbaycan" verilişində danışan xanəndə səhnədə sözləri unutduğunu deyib:
"Təyyar (Əməkdar artist Təyyar Bayramov - red.) "Leyli və Məcnun"da İbn Səlam, həyat yoldaşımdır. Necə üstümə gəldisə, sözlər yadımdan çıxdı. Azərbaycan qadınının abır, isməti məni basdı ki, evdə ərim ola-ola Məcnun axtarıram. Elə bildim ərim üstümə gəldi. Bir qadın evdə əri ola-ola necə gözü başqasını axtarar? Bunun üstündən də orkestr getdi. Həmin an Təyyar sözləri yadıma saldı".
















