Xalq artisti Röya Ayxan doğum günündən sonra yenidən gündəmə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, müğənni gecə saatlarında, yağışlı havada, idman paltarı ilə hovuza girib. Qısa video lent hazırlayaraq sosial şəbəkə izləyiciləri ilə bölüşən müğənninin görüntüləri maraq doğurub.
Müğənni sözügedən paylaşıma "səssizlik, qaranlıq və depressiya" şərhini yazıb.
Qeyd edək ki, sevənləri görüntülərə "Varlının depressiyası da bir başqa olur", "Bu bir obrazdır, anlayın", "Çox hüzurlu video alınıb təbriklər", "Röya, sən niyə suya paltarla girib, camaat arasında olarsız gəzirsən" tipli fikirlər yazıblar.
Xəyalə Rza
















