• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Məşhur aparıcı 5 gəlinlik geyinəcək

MƏDƏNİYYƏT

17 Iyul 2023 | 12:12

Məşhur aparıcı 5 gəlinlik geyinəcək

Türkiyənin sevilən televiziya aparıcısı Burcu Esmersoy iddialı açıqlaması ilə gündəmi zəbt etdi.

Bakıvaxtı.az türk mediasına istinadla xəbər verir ki, Burcu Esmersoy bir müddətdir birlikdə olduğu iş adamı Nazım Akmandillə nikah masasına oturmağa hazırlaşır. Verilən məlumata görə, Burcu 3 toy edəcəyini və 5 gəlinlik geyinəcəyini bildirib.

"İndiyə qədər geyindiyim gəlinliklərdə səhv seçim etmədim. Bu dəfə də etməyəcəyəm. Düşünürəm ki, dizaynerim "after party" üçün mənə gözəl sürpriz edəcək".

Onun sözlərinə görə, sentyabrın 1-3-də İtaliyada ailəsi və yaxın dostlarıyla birgə toy edəcəklər: "İstanbulda da çoxlu dostumuz var. Bu səbədən İstanbulda və Bodrumda da toy olacaq. Evlilik təklifi aldığım İtaliyada evlənəcəyik. Nazımla birlikdə olduğumuz ilk gündən evlənəcəyimizi bilirdim. 5 gəlinlik geyinəcəm".

Qeyd edək ki, B.Esmersoy hazırda FOX TV-də yayımlanan “Eşim Benzerim Yok” adlı verilişinin aparıcısıdır.

Xəyalə Rza


Məşhur aparıcı 5 gəlinlik geyinəcək
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR