• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Acun Ilıcalı Azərbaycana gəlir

MƏDƏNİYYƏT

17 Iyul 2023 | 10:28

Acun Ilıcalı Azərbaycana gəlir

Türkiyənin məşhur iş adamı-televiziya rəhbəri Acun Ilıcalı Bakıya gəlir.

Bakıvaxtı.az türk mediasına istinadla xəbər verir ki, biznesmen "Peki nasıl başardım" adlı tədbir proqramı ilə sevənlərinin qarşısına çıxacaq.

Sözügedən tədbirdə A.Ilıcalının müvəffəqiyyətə necə nail olmaqdan, uğur qazanmağın sirrlərindən danışacağı nəzərdə tutulur.

Verilən məlumata görə, tədbir  22 oktyabr saat 19:30-da Bakı Konqres Mərkəzində baş tutacaq.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR