• Bakı 15° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

"Altın kelebek" ləğv edildi

ŞOU

04 Noyabr 2025 | 21:25

Altın kelebek ləğv edildi

Bu il 7 dekabr tarixində keçirilməsi planlaşdırılan “Pantene Altın Kelebek” mükafat mərasimi gözlənilmədən ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən jurnalist Nurlan Zaliyev məlumat yayıb.

O bildirib ki, illərdir Türkiyə televiziya və musiqi dünyasının ən nüfuzlu tədbirlərindən biri sayılan bu mərasimin bu dəfə baş tutmamasının səbəbi sponsor dəstəyinin geri çəkilməsi və yaranan maliyyə böhranı olub.

Yarım əsrdir sənət aləminin nəbzini tutan “Altın Kelebek”in ləğvi sənət dünyasında və tamaşaçılar arasında böyük təəccüb yaradıb. Mərasimin gələn il keçirilib-keçirilməyəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, sözügedən mükafatlandırma mərasimində illərdir yerli sənətçilərimiz də iştirak edirdilər. 


SON XƏBƏRLƏR

04 Noyabr 2025