• Bakı 29° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Amar Dediç "Nyukasl"da

İDMAN

18 Avqust 2026 | 12:50

Amar Dediç Nyukaslda

İngiltərənin "Nyukasl" klubu Portuqaliyanın "Benfika" komandasının müdafiəçisi Amar Dediçi heyətinə qatdığını açıqlayıb.

Bakıvaxtı.az Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Bosniya və Herseqovina millisinin üzvü İngiltərə təmsilçisinin yay "transfer pəncərəsi"ndəki 6-cı transferi olub. Müdafiəçi daha əvvəl Avstriyanın "Liferinq" və "Zaltsburq" klublarında "Nyukasl"ın baş məşqçisi Matias Yaysslenin rəhbərliyi altında çıxış edib. Həmçinin Avstriyanın "Volfsberq" və Fransanın "Marsel" komandalarında da oynayan futbolçu ötən yay "Benfika"ya keçib.

Qeyd edək ki, A.Dediç Bosniya və Herseqovina yığmasının heyətində 31 matça çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026