• Bakı 11° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Ankara və Bakı arasında Moskvada mühüm görüş

SİYASƏT

10 Aprel 2024 | 18:44 | Müəllif: Subhan Mahmudov

Ankara və Bakı arasında Moskvada mühüm görüş

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Ramazan bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfiri Tanja Bilgiçi qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan səfiri həmkarını müqəddəs ayın sona çatması ilə bağlı səmimi qəlbdən təbrik edərək, ona və onun simasında qardaş Türkiyə xalqına firavanlıq arzulayıb.

Türkiyə səfiri öz növbəsində Polad Bülbüloğlunu və qardaş Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, gələcək qələbələr və azad edilmiş ərazilərin bərpası işində yeni uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin ayrı-ayrı aspektləri müzakirə olunub, həmçinin regional gündəliyin cari məsələlərinə dair fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026