• Bakı 30° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Avropada fon der Leyen böhranı davam edir

DÜNYA

17 Iyul 2024 | 17:35

Avropada fon der Leyen böhranı davam edir

Avropa Parlamentində korrupsiya iddiaları ilə gündəmə gələn Ursula fon der Leyenin namizədliyinə reaksiyalar artmaqdadır.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, Avropa Parlamentindəki (AP) Sol qrup Ursula fon der Leyenin namizədliyini tənqid edib. 

AP-dəki Sol qrupun bəyanatına görə, Leyenin səlahiyyət müddəti ərzində şəffaflığın təmin edilməsində uğursuzluq nümayiş etdirib. Ona görə də AB gizli razılaşmaları deyil, ictimai maraqları müdafiə edən bir prezidentə layiqdir. 

AP-də yeni yaradılmış ifrat sağçı "Suveren Millətlər Avropası" qrupu da Baş Assambleya qarşısında çıxış edərək fon der Leyenin Aİ Komissiyasının sədrliyinə namizədliyini məqsədəuyğun hesab etməyib.

Qeyd edək ki, Ursula fon der Leyenə qarşı COVİD-19 peyvəndinin tədarükü üçün Pfizer şirkəti ilə bağlanmış müqavilələrdə vəzifəsindən və titulundan sui-istifadə kimi müxtəlif ittihamlarla iddia qaldırılıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR