Türkiyədə avtomobil uçuruma yuvarlanıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, avtomobil Denzili rayonunda 200 metrlik uçuruma düşüb.
Qəza nəticəsində avtomobildə olan sürücü Adnan Tekeci, həyat yoldaşı Hatice Tekeci, qayınatası Osman Nalçacı və qayınanası Kerime Nalçacı həyatını itirib.
Mina Mikayılova
















