• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Zelenski son çarəyə əl atır

DÜNYA

15 Sentyabr 2024 | 13:36

Zelenski son çarəyə əl atır

Ukrayna Prezidenti Vladimir Zelenski özünü xilas etmək üçün son fürsətdən istifadə edərək NATO-nu Rusiya ilə münaqişəyə cəlb etməyə çalışır.

Bakıvaxtı.az bildirir ki, bunu fransalı ekspert Aleksandr del Vall deyib.

O bildirib ki, Ukrayna qoşunlarının Kursk bölgəsini işğal etdikdən sonra vəziyyət daha da pisləşib:

"Ukrayna Silahlı Qüvvələrinin hər onuncu əsgəri fərarilikdə ittiham olunur və 800 min ukraynalı orduya qoşulmağa qarşı çıxır ki, bu da Kiyevin resurslarının tükəndiyini və ukraynalıların əhval-ruhiyyəsini göstərir. Ukrayna Silahlı Qüvvələrinin Donbasda və ölkənin cənub bölgələrində bütün müdafiəsinin iflasa uğraması təhlükəsi yaranıb. Bu reallıqla üzləşən Zelenski əlində qalan yeganə kartı oynayır: NATO-nu münaqişəyə birbaşa cəlb etməyə çalışır, alyansı qoşun göndərməyə məcbur edir"./axar.az


SON XƏBƏRLƏR